40 dəqiqəyə Bakıdan Sumqayıta - Dəmir yolu ilə
24.07.2015 11:37 Ecoreaksiya 1154
Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində yolun əsaslı təmiri davam edir.
Reaksiya.az xəbər verir ki, hazırda Baş Sumqayıt-Sumqayıt sərnişin vağzalı mənzilində və Bakı sərnişin stansiyasında 5 min 900 metr uzunluğunda yolun təmiri həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən start verilib və bu günə kimi 52 kilometr yol əsaslı təmir olunub. Təmir işlərini infrastruktur departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Şərhlər