Azərbaycanda dollara qarşı dirənən, sadəcə bir bank qaldı

08.12.2016 12:23     Ecoreaksiya     1500

Ölkənin bütün bankları xarici valyuta satışını dayandırıb, bir bankdan başqa

Artıq Azərbaycanda, demək olar ki, əksər banklar dollar satışını dayandırıb. Lakin, hələ də satanlar var. Bunu Sputnik əməkdaşının araşdırması da təsdiq edib.

Əlaqə saxladığımız, ölkənin əsas banklarından, bütün xarici valyutaların satışının dayandırıldığını bildirdilər. Məsələn, "Access Bank"dan verilən məlumata görə, onlarda dollar satışı yoxdur, sadəcə alışı var.

 "Kapital Bank" da da vəziyyət eynidir — alış var, satış yoxdur. "Amrahbank"dan öyrəndiyimiz məlumata görə, hazırda bu bankda, ümumiyyətlə nəğd mübadilə əməliyyatları dayandırılıb. Yaxın gələcəkdə nəğd mübadilə əməliyyatlarının bərpa edilib-edilməyəcəyi isə məlum deyil. "Bank Respublika"nın rəhbərliyi də xarici valyutanın satışını dayandırmaq qərarı verib. Alışda isə heç bir problem yoxdur. Azərbaycan Beynəlxalq Bankında da fərqli mənzərə mövcud deyil. Bu bankda da dollar satışı mövcud deyil, yalnız alırlar. Həmçinin də "Bank of Baku"da dollar satışı əməliyyatları dayandırılıb, alışda məhdudiyyət yoxdur. "Exspress Bank" satışı tam dayandırmasa da, gün ərzində bir nəfərə, sadəcə 100 satılmasına icazə verilir. Dolların satış qiyməti 180.60 AZN-dir. Bununla belə, bankın filiallarında, kassada dolların olacağına kimsə zəmanət vermir. Lakin "Nikoyl Bank"da vəziyyət tam fərqlidir. Belə ki, bu bankda xarici valyutanın limitsiz alışı-satışı həyata keçirilir. Buradan 100 dolları 180.60 manat müqabilində ala bilərsiniz. Bununla belə, bankın kassalarında dollar tapmaq üçün tələsməyin vacib olduğunu da qeyd etməliyik.
 

Şərhlər

Çox oxunanlar