Bugünkü hərracda dollar bahalaşıb

13.12.2016 12:30     Ecoreaksiya     1605

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.
 

Qeyd edək ki, AMB ABŞ-ın milli valyutasının bu günə olan məzənnəsini 1,7430 manat səviyyəsində müəyyən edib.

 
 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar