Neft ehtiyatları 2 dəfə azala bilər
13.12.2016 12:36 Ecoreaksiya 1652
2017-ci ilin ilk yarısından dünyanın neft ehtiyatları 2 dəfə azala bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg"in Beynəlxalq Energetika Agentliyinin (EİA) proqnozları əsasında hazırladığı hesabatda qeyd edilir. Hesabatda bildirilir ki, neft ehtiyatlarının azalması ancaq OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq. Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.
Məlum olur ki, Vyana razılaşmasına əməl olunmaması ilə bağlı risklər də böyükdür. OPEC üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEC ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib. Razılaşmaya tam əməl olunarsa EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq.
Şərhlər