Alman şirkətlərinə yeni bazarlar lazımdır: diqqət Asiyada - ARAŞDIRMA
24.07.2015 14:02 Ecoreaksiya 2979
Bu il ixracatı bir trilyon avrodan çox olan alman şirkətləri nəzərlərini dünya bazrından bir an olsa belə ayırmır. Asiyadakı sürətli iqtisadi inkişaf alman şirkətlərini maqnit kimi özünə çəkir. Borc krizinin nəticələrinin dayandırıla bilməməsinə və böyümə sürətinin düşəməsinə rəğmən alman şirkətləri ixracatın 2012-ci ildə də artması gözlənilir. Alman Sənaye və Ticarət Palatasının(DHİK) son anketinə qoşulan 3 min 200 şirkətin üçdə ikisi qarşıdakı illərdə ölkə xaricindəki fəaliyyətlərini önəmli ölçüdə genişləndirəcəklər. Palataya üzv şirkətlərin 91%-i 2011-ci ildə bütün dünyaya alman malı satdı. Anket nəticələrinə görə alman şirkətlərinin təxminən üçdə biri xarici əlaqələrini bazar olan ölkədə qurduğu şirkət üzərindən idarə edir. Sənaye və Ticarət Palatasının sözcüsü Llja Nothangelin fikrincə bu səviyyə son illərdə aşağı yuxarı eyni qalıb. Almaniya ən önəmli ikinci bazarı olan Asiya və xüsusilə də Çinin iqtisadi vəziyyətini yaxından izləyir.
Parlayan ulduz: Cənubi şərqi Asiya
Cənub şərqi Asiyanın almanlara görə cazibəsi də gidərək artır. 2015-ci ilin ikinci yarısında qlobal kanyukturanın yavaşlaması gözlənilir. Alman malları zatən bütün dünyada brenddir. Asiya və Latın Amerikası ölkələrində inkişaf paralel olaraq xalqın satın alma gücünü artırır. Keyfiyyətli məhsullara üstünlük vermələri də alman şirkətlərinin işinə yarayır. Keyfiyyəti və istehsal texnologiyası ilə dünyada tanınan şirkətlərdən biri də qablaşdırma və preslemə məhsulları istehsal edən Kronesdir. Dünyanın birinci nömrələrindən olan bir şirkət satış hasilatının yüzdə 90 fazini ixracatdan əldə edir. Kronesin sözcüsü Danuta Kesler-Zieroth ixracat bazarındakı nümayəndəlikləri ilə müştəriyə ən qısa zamanda çata bilir. Kesler-Zieroth sadəcə makina deyil kütləvi presləmə fabrikaları qurduqları üçün Avropadakı borc krizinin İtaliya, İspaniya, Poruqaliya və Yunanıstandakı işlərinə təsir etmədiyini də bildirir. Palatanın anketi alman şirkətlərinin ən çox BRİCS ölkələri Braziliya, Hindistan, Çindən ümidli olduqlarını və ABŞ-da düzəlmə qeyd edildiyini ortaya qoyur. 2012-ci ildə Almaniya ixracatının dörd faizi nisbətində arta biləcəyini və bu faizin son on ilin ortalaması olan 6 % - in gerisində qalmasının dünyəvi konyukturla izah edilə biləcəyi də anketdə dilə gətirilir. Orta ölçülü alman şirkətlərinin kəşf edəcəyi daha çox bazarlar var. Bu bazarlar sadəcə sənayeləşməkdə olan ölkələrdə sərhəd deyil. Yaxşı iş vəd edən ölkələri rəsmi bir qurumdan öyrənmək mümkündür. Məsələn, İndoneziya. Almaniyanın yatırım yeri kimi tanıdılması üçün qurulan və Almaniya bazarındakı fəaliyyətlərini artırmaq istəyən xarici şirkətlərlə xarici bazara açılan alman şirkətlərinə məsləhətçilik edən xarici ticarət şirkəti Germany Trade and Investin (GTAI) direktorunun fikrincə İndoneziya orta ölçülü alman şirkətləri üçün son dərəcə maraqlı bir ölkədir. Xarici şirkətlər üçün Slovakiyadakı avtomobil və qatar yolu investisiyalarının artması böyük önəm daşıyır. Bu kiçik Orta Avropa ölkəsinin elektrik və elektronika məhsullarının dünyada tanındığını da ancaq mütəxəssislər bilir. Avropada satılan düz ekran televizorların dörddə biri bu ölkədə istehsal edilir. Diqqətdən yayınan irili - xırdalı bir neçə bazarlar var ki, gözə çarpmadığına görə alman məhsulları üçün olduqca uyğun olduğuna işarət edir. Çində qiymətlər ildə təxminən 20 faiz artır. Dünya iqtisadiyyatının əjdahası dünyanın ən aşağı məvacib ödənən ölkə olma xüsusiyyətini itirir. Artan gəlirlərlə dünənin istehsalçısı bu günün istehlakçısına çevrilir. Çindəki qiymətlər ildə 20% artır. Çindəki qiymət artımını Almaniyada işləyənlər yuxularında belə görə bilməzlər. Paytaxt Pekində ən aşağı məvacib ildə 8,6% həcmində artırılır. Ən aşağı işçi məvacibi min beş yüz yuana bərabərdir(təxminən 185 avrodur).
Şərhlər