İqtisadçı-ekspert: 2017-ci ildə də inflyasiya iki rəqəmli olaraq davam edəcək
02.01.2017 15:55 Ecoreaksiya 1362
Samir Əliyev: 2017-ci ildə dolların bahalaşması, neftin isə ucuzlaşması gözlənilir
İqtisadçı-ekspert Samir Əliyev deyir ki, 2017-ci ildə hökumətin qarşısında duran ilk problem inflyasiya olacaq: “Hazırda iki rəqəmli bir inflyasiya var və kommunal sektorda son qiymət artımını nəzərə alsaq, fikir yürütmək olar ki, gələn il inflyasiya iki rəqəmli olaraq davam edəcək. Ona görə hökumətin qarşısında duran məsələ bu inflyasiya səviyyəsini maksimum dərəcədə aşağı salmaq və qiymət artımına yol verməməkdir”.
“Hökumət qarşısında duran ikinci əsas prioritet isə manatın məzənnəsi olacaq. Bütün parametrlər onu göstərir ki, manatın sabitləşməsi haqda danışmaq hələ tezdir. Hökumət “Yol xəritəsi”ndə də qeyd edib ki, tam üzən məzənnəyə keçməyi planlaşdırır. Nəzərə alsaq ki, ABŞ-ın Federal Ehtiyyat Sistemi uçot dərəcəsini qaldırdı və gələn il daha 3 dəfə qaldıracaq, bu o deməkdir ki, gələn il ərzində manat daim təzyiq altında olacaq. Dolların bahalaşması, neftin isə ucuzlaşması daha çox gözlənilir”, — deyə o bildirib.
Reaksiya.az
Şərhlər