Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 16,3 faizi tikintiyə sərf olunub
02.01.2017 20:04 Ecoreaksiya 1742
Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 66,6 faizi sənaye, 16,3 faizi tikinti, 9,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən vəsaitin 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1 faizi təhsil, 0,9 faizi informasiya və rabitə, 0,8 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 0,4 faiz olmaqla ticarət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə yönəldilib.
Şərhlər