Gəlir və xərclərinə dövlət nəzarəti tətbiq olunan şirkətlərin siyahısı genişləndirilib
07.01.2017 13:19 Ecoreaksiya 2029
- Azərbaycanda gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı təsdiqlənib.Reaksiya.az-ın məlumatına görə,bu, Nazirlər Kabinetinin "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" qərarında əksini tapıb.
Siyahıya SOCAR, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos" ASC, "Aztelekom" MMC, "Azərpoçt" MMC və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi) daxil edilib.
Qeyd edək ki, yeni qərarın qəbulu ilə əlaqədar Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarını ləğv edib. Bu qərara əsasən iri vergi ödəyicilərinin siyahısına SOCAR, "Azərenerji" ASC, "Azərbaycan Dəmir Yolları" QSC,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, "Azərsu" ASC, "AzərbaycanHava Yolları" QSC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərişıq" ASC, "Bakı Metropoliteni" QSC daxil olub.
Şərhlər