Tarif Şurası: Qazla bağlı köhnə borclar üzrə hesablaşmalar əvvəlki tariflərlə həyata keçirilməlidir

10.01.2017 22:03     Ecoreaksiya     1342

Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

 

Bu barədə apa-ya Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda deyilir.

 

Bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar