Nizami Piriyevdən açıqlama: “9 milyon manatı ödəmişik”
25.07.2015 12:06 Ecoreaksiya 1456
“AzMeKo” şirkətinin rəhbəri, iş adamı Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu ödəyib.
Bu faktı Nizami Piriyevin özü təsdiq edib.
O, Reaksiya.az-a bildirib ki, "AzMeKo" şirkəti Azərbaycan Beynəlxalq Bankından aldığı 9 milyon manat vəsaiti onun hesabına köçürüb.
Məlumata görə, "AzMeKo" şirkəti öz fəaliyyəti dövründə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna 75 milyon ABŞ dolları məbləğində vergi və rüsumlar ödəyib. Həmçinin, zavodun nəzərdə tutulan 20-illik fəaliyyəti dövründə mənfəət vergisindən əlavə olaraq ortalama illik vergi xərcləri 14 milyon AZN təşkil edəcək.
Xatırladaq ki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi. Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləmişdi.
Qeyd edək ki, “AzMeKo” şirkətinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunu ödəməsi haqda məlumat öncə azvision.az saytında yer alıb.
Şərhlər