Bu ay Azərbaycan neftinin Asiyaya nəqli rekord həcmə çatıb
13.01.2017 12:42 Ecoreaksiya 1434
Bu ay Asiyaya rekord həcmdə - 11 mln. barel həcmində Azərbaycan nefti göndərilib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinin rəqəmlərinə istinadən məlumat yayılıb.
Məlumata görə, OPEC ölkələrinin hasilatı azaltması ilə yarana biləcək hər hansı boşluğu doldurmaq üçün Avropa və Çin treyderləri bu ay Asiyaya Şimal dənizi və Azərbaycandan rekord həcmdə - 22 mln. barel xam neft nəql edib.
Şimal dənizinin xam nefti də Azərbaycanla eyni həcmdə olub və xam neft artıq ya tankerlərdən boşaldılıb, ya da Asiya yolundadır.
“Asiyanın xam neftə ehtiyacı var. Avropanın isə bu nefti var. OPEC-in hasilatı azaltması neftin qiymətini qaldırıb ki, bu da Avropa neftinin Asiyaya nəqlini sərfəli edir”, - deyə treyderlədən biri bildirib.
Reaksiya.az
Şərhlər