Ukrayna texniki iflasdan xilas olub
25.07.2015 13:01 Ecoreaksiya 2613
Reaksiya.az saytı Krım Xəbər Agentliyinə istinadən xəbər verir ki, Ukrayna 120 milyon dollarlıq avrozonaya borcunu ödəyərək, texniki iflasdan xilas olub.
Kreditorlarla aldığı borclarının yenidən formalaşdırması üçün danışıqları davam etdirən Ukrayna Maliyyə Nazirliyindən verilən açıqlamada, ölkənin 120 milyon dollar məbləğində avrozona borcunun ödəndiyi bildirilib.
Açıqlamada bu gün 120 milyon dollarlıq borcun ödəməsinin son günündə edildiyi xatırladılaraq, həmin borcun detalları ilə bağlı məlumat verilməyib.
Ukrayna rəsmilərindən verilən digər bir açıqlamada isə Ukraynanın bir sonrakı avrozona ödəməsinin 23 sentyabrda reallaşacağını və miqdarının 500 milyon dollar olduğu açıqlanıb.
Qeyd edək ki, bu həftənin əvvəlində Ukrayna ilə BVF arasında iqtisadi və maliyyə əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb. Bu memoranduma görə, Ukraynanın BVF-nin ikinci kredit limiti çərçivəsində 1,7 milyard dollarlıq kredit alması gözlənilir.
Şərhlər