Azərbaycan neftinin qiyməti ilyarımlıq maksimumu yenilədi

03.02.2017 12:44     Ecoreaksiya     1481

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 58,04 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Beləliklə, "Azeri Light"ın qiyməti 2015-ci il iyulun 22-dən ilk dəfə 58 dollar/bareli ötüb.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 57,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 2-də 53,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 2-də 56,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar