Azərbaycanda dollarla əməliyyatların həcmi 2,7 dəfə azalıb
10.02.2017 23:53 Ecoreaksiya 1313
2016-cı ilin yanvar-dekabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. "APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,67 dəfə azalıb. Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,84 dəfə azalıb. Başqa sözlə, ötən il ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 5 mlrd. 564 mln. 473,7 min ABŞ dolları olubsa, 2015-ci ildə bu göstərici 15 mlrd. 795 mln. 602,5 min manat təşkil edib. Ötən ilin yanvar-dekabr aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 3 mlrd. 004 mln. 956,7 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,1 dəfə azdır. Ötən ilin 12 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 559 mln. 517 min ABŞ dolları alınıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 26,41% azdır. 2016-cı ildə 2015-ci il ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 1,55 dəfə azalıb. Başqa sözlə, ötən il avro ilə mübadilə əməliyyatlarının həcmi 851 mln. 409,6 min avro olubsa, 2015-ci ildə bu göstərici 1 mlrd. 319 mln. 741,4 min avro təşkil edib. Ötən il nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 559 mln. 028,6 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,92 dəfə azdır. 2016-cı ildə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 292 mln. 381 min avro alınıb. Bu, 2015-ci il ilə müqayisədə 19,21% çoxdur.
Şərhlər