Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalı artıb

18.02.2017 11:02     Ecoreaksiya     1435

Kənd təsərrüfatında yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 mln. ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2,0%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.

 

Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar