Rublun gözü bu həftə neftə dikilib - Barel 50 dollara düşsə dollar 60 rublu keçəcək...

27.07.2015 10:54     Ecoreaksiya     2630

 
Təkcə keçən həftə 5 rubl dəyər qazanaraq 58.50 rubla kimi yüksələn dollar bu həftə Rusiya bazarlarında 60 rublu yoxlamaq niyyətinə düşüb. 52 dollara kimi enən Ural xam neftinin qiyməti 50 dollara düşərsə dolların 60 rublu keçməsinin qaçılmaz olduğu vurğulanır.
"Kommersant" qəzeti mütəxəssislərin rəylərinə əsaslanaraq araşdırma aparıb. Araşdırmaya  görə, Rusiya Mərkəz Bankının kursu tarazlıqda saxlamaq üçün təkcə son üç ayda bazardan 10 milyard dollar aldığı, indi neftdəki düşüşün ABŞ - da faiz dərəcələrini yüksəldəcəyi təqdirdə kursun daha da yüksəlməsinə hazırlaşdığı vurğulanır.
Dolların 58 rublu, avronun da 64 rublu keçməsi ilə gözlər valyuta bazarlarına çevrilib.
Mütəxəssislər Rus Ural neftinin barrel qiymətinin praktik əsaslarla rubl əsasında 3250 rubl civarında oynadığını, hazırda 3200 rubla geriləyən qiymətə görə kiçik bir devalvasiyanın gözlənildiyini vurğulayırlar.
Bu zaman vergi ödənişləri üçün şirkətlərin bu həftə bazarda satışı gözlənilən valyutanın də rubldaki dəyər itkisini önləyəcək gücdə olmayacağı ilə bağlı da açıqlamalar verilib.

Şərhlər