“SOCAR Trading” şirkətinin bazar dəyəri açıqlanıb

10.03.2017 11:57     Ecoreaksiya     1637

 Qiymətləndirmələrə əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. ABŞ dolları təşkil edib.

Reaksiya.az  xəbər verir ki, bu barədə “SOCAR Trading” məlumat yayıb.

Qeyd olunub ki, “SOCAR Trading” şirkəti yarandığı gündən bazardakı mövqeyinin inkişafının mütəmadi qiymətləndirilməsinin bir hissəsi olaraq, “Big 4” professional şirkətlərdən birini 30 iyun 2016-cı il tarixinə biznesinin qiymətləndirilməsi üçün seçib.

Qiymətləndirmənin nəticəsinə görə, 2016-cı il iyunun 30-u tarixinə “SOCAR Trading” şirkətinin bazar dəyəri təxminən 1,15 mlrd. dollar olub: “Bu isə 2012-ci il  30 iyun tarixinə eyni şirkətin qiymətləndirdiyi 310 mln. dollarla müqayisədə “SOCAR Trading”in bazar dəyərinin təxminən 4 qat artıq olduğunu göstərir". 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar