İtaliyanın iqtisadi inkişaf naziri parlamentdə TAP layihəsi ilə bağlı geniş bəyanat verib

08.04.2017 12:10     Ecoreaksiya     1583

İtaliya Parlamentinin Deputatlar Palatasında dinləmələr zamanı İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda TAP layihəsi ilə bağlı geniş bəyanat verib. Trend-in məlumatına görə, italiyalı nazir bildirib ki, TAP layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir və təsdiq edildiyi kimi də tikintisi davam edəcəkdir. O, vurğulayıb ki, TAP kəmərinin seçilməsi təchizatın təhlükəsizliyi, qaz mənbələrinin diversifikasiyası, İtaliya və Avropa bazarlarında rəqabət aparan təchizatçıların sayının artması və qiymət trendlərində müsbət effekt yaradacaqdır.

Nazir deyib: “Mənbələrin və marşrutların diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. İtaliya hazırda 45% Rusiya qazından (qış aylarında bu rəqəm 65%-ə qalxır) asılıdır. Digər mühüm iri təchizatçılar Əlcəzair və Liviyadır ki, bunlar da hələ də qeyri-sabit regionlardır. Əlcəzair ilə 35 mlrd m3-lik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddəti 2020-ci ildə bitəcəkdir ki, gözlənilən tələbata münasibətdə potensial defisit təqribən 14 mlrd m3 həcmində dəyərləndirilir ki, bunun üçün də TAP mühüm layihədir”.

Nazir Kalenda əlavə edib ki, mənbələrin diversifikasiyası və təchizatların artımı rəqabət impulsu yaradacaqdır ki, bu da qazın qiymətlərini son istehlakçılar, bizneslər və ailələr üçün aşağı salacaqdır.

TAP infrastrukturunun enerji təhlükəsizliyi məqsədlərinə çatmaq, dekarbonizasiya və rəqabətlilik üçün strateji və mühüm olduğunu bildirən Karlo Kalenda Legitimliyi Regional İnzibati Məhkəmə və Dövlət Şurası tərəfindən təsdiqlənmiş TAP kəməri üzrə icazələr prosedurana yenidən baxmağın lüzumsuz olduğunu deyib:

“20 may 2015-ci il tarixində İtaliya İqtisadi İnkişaf Nazirliyi TAP kəməri üzrə Vahid İcazə dekretini imzalayıb. Mən xatırlayıram ki, Puliya Regionu marşrutun seçilməsi prosedurunun bütün mərhələlərində iştirak etmişdir: Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyində ətraf mühitə təsirin qiymətləndirilməsi mərhələsi – burada 12 mümkün çıxış nöqtəsi nəzərdən keçirilmişdir; İqtisadi İnkişaf Nazirliyi tərəfindən icazənin verilməsi üçün Xidmətlər Konfransı; və nəhayət, Nazirlər Şurasında digər bələdiyyələrin merləri dinlənilmiş və kəmərə ev sahibliyi etməyə etirazlarını bildiribər. Detallı qiymətləndirmələrdən sonra ən münasib çıxış nöqtəsi kimi Melndunyo Bələdiyyəsini San Foka şəhərciyi müəyyən edilib”.

O deyib: “Ətraf mühitə uyğunluğa zəmanət verilmişdir: riflər, okean Posidoniyasından (dəniz bitki örtüyü növü) yan keçmək və turizmin inkişafına ola biləcək təsirlərlə üzləşməmək üçün mikrotunel dəniz döşəməsindən 10 metr dərinlikdən keçəcəkdir. 1 m. diametri olan borunun keçəcəyi mikrotunnelin çıxış nöqtəsi sahildən 625 metr irəliyə gedəcək, qaz kəməri quru ilə 8 km. uzanacaq və Melendunyo Bələdiyyəsinə qaz qəbul edən terminala çatdırılacaqdır”.

Karlo Kalenda əlavə edib ki, icazələrlə bağlı sənədlər verildikdən sonra, 26 yanvar və 3 fevral 2016-cı il tarixlərində Latsio Regional İnzibati Tribunalı Puliya Regionu və Melendunyo Bələdiyyəsinin iddialarını rədd etmişdir. Region və bələdiyyə Dövlət Şurasına apelyasiya şikayəti etmiş və sonuncu da İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş icazənin qanuniliyi barədə son qərarını verib.

“Region yenə də 1951-ci il milli qanununa istinad edərək ağacların köçürülməsi üçün əlavə icazələrin alınmasının zəruriliyi barədə bildirmişdir. 10 yanvar 2017-ci il tarixində TAP şirkəti icazələr üçün öz müraciətini etmişdir. Bir neçə əlavə bitki sağlamlığı testləri edildikdən sonra Leççe Əyalət Kənd Təsərrüfatı Ofisi Regionla məsləhətləşərək icazələri vermişdir. Ətraf mühit Nazirliyi A44 dekretinə uyğunluğu bir neçə dəfə, sonuncu dəfə isə 27 mart 2017-ci il tarixində təsdiqləmişdir”, deyə nazir fikirlərini tamamlamışdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar