Mərkəzi Bank bir ildə 3 milyard kredit verib
10.04.2017 13:58 Ecoreaksiya 1555
Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə verilmiş dövlət zəmanəti əsasında 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra layihələrin həyata keçirilməsi üçün 16 sifarişçi təşkilata 3 mlrd. 141 mln. 500 min manat məbləğində kredit xətti açılıb.
Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Sənəddə qeyd edilib ki, digər sifarişçi təşkilatlarla müqayisədə SOCAR-a nəzərdə tutulmuş vəsait (1 mlrd. 891 mln. 500 min manat) ən yüksək xüsusi çəkiyə malik olmaqla 60,2% təşkil edib.
Şərhlər