Azərbaycan 1 milyard dollarlıq "BOEİNQ"lər alır
14.04.2017 17:56 Ecoreaksiya 1863
Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb.
Bu barədə "Silk Way Holding"dən məlumat verilib.
Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.
İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.
Müqavilənin ümumi məbləği təxminən 1 mlrd. dollar təşkil edir.
Şərhlər