Neftin qiyməti aşağı düşdü

28.07.2015 11:24     Ecoreaksiya     1317

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Reaksiya.az xəbər verir ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında  “Brent” markalı neftin bir barrelinin qiyməti 1,45 dollar azalaraq 53,08 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Layt” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar ucuzlaşaraq 47,15 dollar təşkil edib.  

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,57 dollar ucuzlaşaraq 55,52 dollar təşkil edib.

Şərhlər