Çin sarsıldı, rubl sürətlə aşağı düşdü...

28.07.2015 11:28     Ecoreaksiya     2372

 
Rusiyada rubl bazar ertəsi günü də qan itirib. Belə ki, 59.86 rubl civarında olan dollar, yenidən 60 rubla yaxınlaşmağa başlayıb. Mütəxəssislər neftin qiymətinin 50 dollara enəcəyi təqdirdə dolların 60 rubl olmasını gözləyirdi. Ancaq neftin 53 dollar civarında  olmasına baxmayaraq dollar 60 rubla çıxıb. Beləcə rubl mart ayındakı səviyyəsinə geri qayıdıb.
Bazar ertəsi günü 600 milyard rubl civarında olan şirkətlərin vergilərə görə şirkətlərin intensiv dollar satışları da rublun dəyərdən düşməsinin qarşısını ala bilməyib.
May ayından etibarən rubl dollara qarşı 15%, avroya qarşı isə 14.4% dəyər itirib
Mütəxəssislər Çin birjalarında sərt eniş və neft qiymətlərindəki geriləmənin rublun dayanıqlılıq gücünü əlindən aldığı fikirindədir. Şanxaydaki 8.4% - lik eniş Çində vəziyyət gərginləşərsə neft qiymətləri sürətlə 50 dolların altına enəcək narahatlığını daha da aktuallaşdırır.

Şərhlər