Qazaxıstan ÜTT razılaşmasını imzalayıb
28.07.2015 11:57 Ecoreaksiya 2864
Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Dünya Ticarət Təşkilatının (DTT) Ümumi Direktoru Robert Azevedo təxminən 20 il davam edən və 10 iyunda tamamlanan müzakirələrdən sonra Qazaxıstanın təşkilatda iştirakı haqqında müqaviləni Cenevrədə təşkil edilən mərasimlə imzalayıblar.
Sazişin qüvvəyə minməsi üçün Qazaxıstan parlamentində təsdiqlənməsi vacibdir. Təsdiq prosesinin 31 oktyabra kimi uzanacağı gözlənilir.
Ölkənin DTT - də iştirakı ilə əlaqədar qərar təsdiqini aldıqdan 1 ay sonra avtomatik olaraq qüvvəyə minəcək. Beləcə bütün rəsmiyyətlər yeni ilə kimi bitmiş olacaq. Qazaxıstan DTT - nin 62 - ci üzvü olacaq.
Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən açıqlamada razılaşmanın imzalanmasından Avrasiya Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üçün "böyük bir müsbət" olduğunu bildirib.
Şərhlər