Əli Əhmədov: Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
27.04.2017 12:14 Ecoreaksiya 1533
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb.
Bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə 1,5 milyon iş yeri yaradılıb.
Daha sonra baş nazirin müavini əlavə edib: "Bu dövr ərzində ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, pensiya və əməkhaqları təxminən 3 dəfə artıb. Təkcə ötən il ölkədə 90 min yeni iş yeri yaradılıb. Azərbaycan yoxsulluq səviyyəsinin azalması istiqamətində görülən işlərdə başqa ölkələrə nümunə ola bilər".
Ə.Əhmədovun sözlərinə görə, hazırda işsizlik səviyyəsinin azaldılması istiqamətində işlər aparılır: "Hazırda Azərbaycanda işsizlik səviyyəsi 6 faizdən azdır. Digər sahələrdə də böyük inkişaf müşahidə olunur".
Şərhlər