"Moody's" Ukraynanın iflası üçün tarix verib

28.07.2015 13:50     Ecoreaksiya     2932

 
Beynəlxalq kredit təşkilatlarIından "Moody 's" Ukraynanın dövlətinin 120 milyon dollarlıq yeni bir ödəniş etməsinə baxmayaraq, ölkənin xarici borcların təxirə salınmasına istiqamətli moratorium elan etmə riskinin davam etdiyini açıqlayıb.
Ödənişin, xarici borcun yenidən qurulması ilə əlaqədar müzakirələrdə əldə edilən tərəqqini yetərli hesab edən Ukrayna hökumətinin prosesə ziyan vurmamaq üçün edildiyini ifadə edən "Moody`s" bildirib ki, Urayna hökuməti eyni səbəblərə görə 23 avqustda 60 milyon dollarlıq ödəmə etməsi gözlənilir.
Həqiqi riskin sentyabrın sonundan başlanacağını bildirən təşkilat BVF  və digər kreditorlarla əməkdaşlıq proqramının gözdən keçirilməsi və Ukraynaya yeni yardım paketinin ayrılması qərarı alınmadan xüsusi kreditorlarla müqavilədə israr edəcəyini də ifadə edib.
Açıqəlamada Ukrayna hökuməti və xüsusi kreditorların BVF proqramının gözdən keçiriləcəyi sentyabr ayına kimi razılaşma əldə etməyəcəkləri təqdirdə Ukrayna 2011-ci il tarixli 500 milyon dollarlıq təhvil borcunu 23 sentyabrda bağlama planından imtina edə biləcəyi bildirilib.
Ukraynanın dövlət borcu, 40 milyardı xarici borc olmaqla təxminən 70 milyard dollardır. Hökumət hazırda ölkənin iqtisadi böhrandan çıxarılması halında borcun 40% - nin, yəni 15 milyard dolların silinməsi üçün kreditorlarla müzakirələr aparır.

Şərhlər