Qızıl 6 dollardan çox bahalaşıb
10.05.2017 10:50 Ecoreaksiya 1524
Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 20 975,78 bəndədək, S&P 500 0,10% - 2 396,92 bəndədək ucuzlaşıb, NASDAQ isə 0,29% - 6 120,59 bəndədək bahalaşıb.
Reaksiya.az "Apa-Economics"ə istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,57% - 7 342,21 bəndədək, Fransa CAC-40-ı 0,28% - 5 398,01 bəndədək, Almaniya DAX-ı 0,43% - 12 749,12 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,40 dollar artaraq 1 222,50 dollara, gümüş isə 0,11 dollar artaraq 16,18 dollara satılıb.
Şərhlər