OPEC hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib

11.05.2017 08:25     Ecoreaksiya     1269

OPEC-ə üzv ölkələr neft hasilatının dondurulmasının müddətinin uzadılmasına dair razılığa gəliblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu İraqın Neft naziri Cabbar əl-Laibi bəyan edib.

“Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, deyə nazir bildirib.

Onun sözlərinə görə, razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Karabakh Today

Şərhlər

Çox oxunanlar