Dünya Bankı: Azərbaycan iqtisadiyyatı növbəti iki ildə artacaq

12.05.2017 08:45     Ecoreaksiya     1683

Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,6 faiz artacağını proqnozlaşdırır.

 Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş iqtisadçısı Hans Timmerin açıqladığı “Trade in Transition” regional hesabatından məlum olub ki, 2019-cu ildə Azərbaycanın ÜDM-i 1,3 faiz artacaq.

Bu il üçün isə iqtisadiyyatın 1,4 faiz azalacağı gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar