Fransanın kənd təsərrüfatı ekspertləri Bakıya gəlir
16.05.2017 07:15 Ecoreaksiya 1699
Mayın 15-dən 19-dək, şərabçılıq və bağçılıq üzrə Fransa ekspertlərindən ibarət nümayəndə heyəti Gürcüstan və Azərbaycanın kənd təsərrüfatı potensialı ilə tanış olmaq və işgüzar əlaqələr qurmaq üçün Tiflis və Bakıya gələcəklər.
Fransanın Bakıdakı səfirliyindən bildiriblər ki, layihə BUSINESS FRANCE-ın Aqrotek Departamenti və Fransanın Azərbaycandakı səfirliyinin ticarət və investisyalar nümayəndəliyi tərəfindən işlənib həyata keçirilir.
Aqrotek Departamentinin rəhbəri Natalya Ştıkalo deyir: "Biz əminik ki, həm Gürcüstanda və həm də Azərbaycanda, bu ölkələrin dövlətləri tərəfindən stimullaşdırılan daxili satış bazarına və unikal ixrac potensialına əsaslanan Aqro Sənaye Kompleksinin bundan sonra daha da inkişaf etdirilməsi üçün, geniş imkanlar var.
Hər hansı bir maraqlı Fransa şirkəti, əgər onun məhsullarına tələbat varsa, Azərbaycan və Gürcüstan ərazisində öz biznesini uğurla inkişaf etdirə bilər. Fransa səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri deyir: "Fransanın bağçılıq və üzümçülük sahələrində təcrübəsi kifayət qədər böyükdür, artıq bəzi fransız iş adamları Azərbaycanda fəal və uğurla çalışaraq bunu öz işləri ilə sübut edirlər ".
Fransa nümayəndə heyətinin Bakıya gəlişi, Azərbaycanın və xarici ölkələrin ən böyük kənd təsərrüfatı müəssisələrinin iştirak etdiyi Caspian Agro 2017 sərgisi ilə bağlıdır. Sərginin işgüzar proqramı çərçivəsində BUSINESS FRANCE-ın Aqrotek Departamenti mayın 18-də Fransa Günü təşkil edir, nümayəndə heyətinin hər bir üzvü öz şirkətini təqdim edəcək və Azərbaycan iş adamlarının suallarını cavab verəcək.
Fransa Günü çərçivəsində mayın 18-də saat 17.30-da İFA-da (Azərbaycandakı Fransız İnstitututu) mətbuat konfransı keçiriləcək, giriş sözü ilə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez çıxış edəcək, sonra söz BUSINESS FRANCE-ın Aqrotek Departamentinin və həmçinin Fransa şirkətlərinin nümayəndələrinə veriləcək.
Şərhlər