“Lukoyl” neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasını dəstəkləyib
17.05.2017 08:23 Ecoreaksiya 1566
Rusiyanın “Lukoyl” şirkəti neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasını dəstəkləyib
Bu barədə şirkətin vitse-prezidenti Leonid Fedun bildirib.
“Biz dəstəkləyirik. Hasilatın azaldılması üzrə kvotalar Rusiya hökuməti tərəfindən müəyyən edilir. Hasilatın azaldılmasındakı payımız təxminən ildə 50 min barel təşkil edir. Bu bizim payımızdır, bu çox düzgündür, mən həmişə bunun tərəfdarı olmuşam. Bu saziş neftin qiymətinin 10-15 dollar qalxmasını təmin edib”, deyə Fedun qeyd edib.
O əlavə edib ki, “Lukoyl” şirkəti neftin bir barelinin qiymətini 55-60 dollar səviyyəsində proqnozlaşdırır.
Şərhlər