Neftin qiyməti getdikcə ucuzlaşır

29.07.2015 10:32     Ecoreaksiya     1248

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar azalaraq 53,11 dollar olub.

Reaksiya.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 47,83 dollar təşkil edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,12 dollar ucuzlaşaraq 55,40 dollar təşkil edib.

Şərhlər