"Neft Daşları"nda yeni quyu istismara verilib
13.06.2017 12:26 Ecoreaksiya 1726
“Neft Daşları” nda yeni quyu istismara verilib.
SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür.
Bu günlərdə “Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2666 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1442-1436 metr intervaldan sutkalıq 22 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Şərhlər