“Heç kəsin pulu yoxdur” - “Evrascon”un əməkdaşı
29.07.2015 14:56 Ecoreaksiya 2354
Bu informasiyanı dəqiqləşdirmək üçün şirkətin Qazaxıstanda çalışan əməkdaşlarından biri ilə əlaqə saxladıq.
O, facebook vasitəsilə reaksiya.az-ın əməkdaşına informasiyanın doğru olduğunu təsdiqlədi və bildirdi ki, “Evrascon”un bu ölkədə fəaliyyət göstərən əməkdaşlarına fevral ayından bəri maaş vermirlər: “Hazırda vəziyyət çox kritikdir. Heç kəsin bir qəpik də pulu yoxdur. Sabah isə nə olacağını bilmirik”.
Məsələ ilə bağlı “Evrascon” ASC-nin Bakıdakı ofisi ilə əlaqə saxlayaraq şirkətin mövqeyini öyrənməyə çalışdıq. Ancaq şirkətə bir neçə dəfə zəng etsək də, qarşı tərəf suallarımızı cavabsız qoydu.
Qeyd edək ki, “Evrascon” ASC-də işçilərin 4 aydır ki, maaş ala bilmədiyi ilə bağlı xəbər ilk olaraq musavat.com saytında yer alıb.
Şərhlər