Bu ölkədə avro zonasından çıxmaq üçün imza toplanır

29.07.2015 16:35     Ecoreaksiya     1465

Finlandiyada avro zonasından çıxarılmasını müdafiə edən qanun layihəsini referenduma çıxarmaq üçün imza toplanır.

Reaksiya.az xəbər verir ki, Finlandiyada baş verən iqtisadi böhranla bağlı bu ölkənin avrodan çıxmasını müdafiə edənlərin sayı artır.

Finlandiyanın keçmiş xarici işlər naziri Paavo Vayrynen ölkəsinin avro zonasında qalıb-qalmayacağına qərar verilməsi üçün referenduma getmək lazım olduğunu müdafiə edib.

Avrodan çıxmaq istəyən finlandiyalılar qonşu ölkə İsveçi nümunə göstərib: “Onlar hələ də öz pul vahidlərini istifadə edir və heç bir iqtisadi böhranla üz-üzə gəlmir”.

Digər tərəfdən avrodan çıxmaq üçün referenduma getmək istəyən finlandiyalılar qanunun parlamentdə müzakirə edilməsi üçün indidən 30 min imza toplayıb.

Finlandiya qanunlarına görə 50 min imza toplanan qanun layihələri parlamentdə müzakirə edilir.

 

Şərhlər