Rövnəq Abdullayev: "Azərbaycan 5 ildir Türkiyənin enerji sektorunun ən iri sərmayədarıdır"

11.07.2017 13:48     Ecoreaksiya     1644

 "Türkiyə-Azərbaycan birliyi nəticəsində dünyada böyük enerji layihələri həyata keçirilir. Bu gün dəyəri 40 mlrd. ABŞ dollarına yaxın olan Cənub Qaz Dəhlizi (SGC) layihəsi dünyanın ən böyük və mürəkkəb layihəsidir”. Bunu “Report”a müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, SGC layihəsinin əsas hissəsi Türkiyədə həyata keçirilir: “Layihənin Azərbaycandan kənarda problemsiz və ən tez vaxtda həyata keçirildiyi yer Türkiyədir. Əslində, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi bu halqada ən uzun (1 850 km) kəmərdir, amma ən asan və ən ucuz başa gəlir. Bu, Türkiyə hökumətinin dəstəyi nəticəsində həyata keçirilib". 

"Artıq 5-ci ildir ki, Azərbaycan Türkiyənin energetika sənayesində ən iri sərmayədardır. Təkcə 2016-cı ildə Türkiyəyə xaricdən yatırılan investisiyaların 51%-i Azərbaycandan gəlib. Bu o deməkdir ki, Türkiyənin ən böyük xarici investoru SOCAR-dır”, - deyə R.Abdullayev qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar