Bu həftə qlobal iqtisadiyyatla bağlı mühüm müzakirələr aparılacaq
17.07.2017 23:58 Ecoreaksiya 1710
Bu həftə qlobal iqtisadiyyatda əsas xəbərlər Brekzit danışıqları, Avropa Mərkəzi Bankının (ECB) və ABŞ şirkətlərinin II rüb hesabatları olacaq.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu gün Avropa İttifaqı (Aİ) nümayəndəsi Mişel Barnye (Michel Barnier) Brüsseldə britaniyalı həmkarı Devid Devislə (David Davis) Brekzit danışıqlarının II turunun keçirilməsini müzakirə edəcək. Böyük Britaniyanın maliyyə naziri Aİ tərəfindən Brekzitə görə tələb olunan məbləği absurd adlandırıb.
Bu həftə həmçinin ECB sədri Mario Draqinin monetar siyasətlə bağlı iclas keçirəcəyi bildirilir. İyulun 20-də baş tutacaq iclasda yumşaq monetar siyasətin davam etdirilməsi barədə fikirlərin səsləndiriləcəyi vurğulanır.
Həftə ərzində ABŞ-ın "Bank of America", "Goldman Sachs" və "Morgan Stanley" kimi nəhəng banklarının II rüb hesabatları açıqlanacaq. Onlarla yanaşı, daha 70 müxtəlif böyüklüktə şirkətin hesabatlarının açıqlanması gözlənilir. Hesabatlarda hər hansı önəmli dəyişiklik maliyyə bazarlarına ciddi təsir edə bilər.
Şərhlər