Azərbaycanda neçə nəfər prezident təqaüdü alır?

14.08.2017 13:38     Ecoreaksiya     1809

Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1672,4 milyon manat vəsait yönəldilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 131,5 milyon manat və ya 8,5 faiz çoxdur. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib.

2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 23,5 faizi hamiləliyə və doğuma görə, 24,3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,1 faizi dəfn üçün, 37,1 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,7 faizini  təşkil edir. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 202,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,7 faizinə bərabər olub.

378 min nəfərə isə sosial müavinətlər təyin olunub. 

58,8 min nəfər isə prezident təqaüdü alır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar