Binəqədi rayonunun və Gəncə şəhərinin təbii qaz təchizatı məhdudlaşdırılıb

29.08.2017 10:44     Ecoreaksiya     1966

Bakı şəhərinın Binəqədi rayonunun və Gəncə şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 millimetrlik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulması məqsədilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar avqustun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun, 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar