“Türk axını” layihəsində danışıqlar niyə dondurulub?

30.07.2015 17:32     Ecoreaksiya     3832

 

Ukrayna ilə yaşadığı problemdən sonra bu ölkəni “by pass” edərək təbii qazını Qara dənizin altından keçirərək Türkiyə torpaqlarından çıxacaq “Türk axını” ilə Avropaya daşımağı planlaşdıran Rusiyanın Türkiyə ilə birgə apardığı müzakirələrdən heç bir nəticə çıxmayıb və danışıqlar dondurulub.

Reaksiya.az xəbər verir ki, məsələ ilə bağlı “Reuters”ə açıqlama verən, mövzu haqqında məlumat sahibi rəsmi qaynaqlar Türkiyənin ən böyük təbii qaz tədarükçüsü olan Rusiyanın “Türk axını” üçün aparılan müzakirələrdə bir-biriylə çox əlaqəsi olmayan və pilləli olaraq həyata keçirilməsi mümkün olan bir çox mövzu ilə bağlı eyni anda qərar vermək istədiyini söylədilər.

Qaynaqlar “Qazprom”un Türkiyəyə verdiyi təbii qaz qiymətlərində 1 yanvar 2015-ci ildən etibarən qüvvədə olmalı olan 10.25% - lik endirimə dair müqaviləni imzalamamasının da əsas problemlərdən biri olduğunu ifadə ediblər.

“Türk axını” layihəsinin ortaqlarından “Qazprom” isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Şərhlər