Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib
08.09.2017 17:55 Ecoreaksiya 1684
Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2020008689 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Reaksiya.az BFB-yə istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 mln manat təşkil edib və istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızların ödəmə tarixi 7 iyun 2035-ci ildir.
Şərhlər