SOCAR il ərzində daxili bazara 1,4 mln. ton benzin, 1,2 mln. ton dizel satıb
21.09.2017 09:28 Ecoreaksiya 1868
SOCAR-ın neft emalı kompleksinə aid müəssisələrin əməkdaşları 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan dövr ərzində 5 mln. 817,5 min ton emal olunmuş xam neftdən 1 mln. 368,4 min ton müxtəlif benzin, 595,6 min ton reaktiv mühərrik yanacağı, 1 mln. 681,9 min ton dizel yanacağı, 262,2 min ton soba mazutu 197,1 min ton bitum, 220,9 min ton koks və sair məhsullar istehsal ediblər.
"Apa-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.
Onun sözlərinə görə, emal kompleksində ölkənin neft məhsullarına olan tələbatını ödəməklə yanaşı, SOCAR-ın neft məhsullarının ixrac olunması ilə əlaqədar öhdəliklərinin yerinə yetirilməsi istiqamətində də ardıcıl işlər aparılıb.
"Hesabat dövründə daxili bazara 4 mln. 216,7 min ton neft məhsulu satılıb ki, bunun 1 mln. 403,5 min tonunu benzin, 573,5 min tonunu reaktiv mühərrik yanacağı, 1 mln. 221,9 min tonunu dizel yanacağı və 1 mln. 17,8 min tonunu maye qaz, bitum, soba mazutu və sair məhsullar təşkil edib. Bundan başqa, 1 mln. 206,1 min ton neft məhsulu müxtəlif ölkələrə ixrac olunub ki, bunun 70 min tonunu reaktiv mühərrik yanacağı, 660,6 min tonunu dizel yanacağı, 214,1 min tonunu neft koksu və 261,4 min tonunu isə digər məhsullar təşkil edib", - deyə vitse-prezident qeyd edib.
Beləliklə, neft emalı kompleksinin neft emalı məhsullarının 78%-i respublikanın daxili tələbatının təmin olunmasına yönəlib, 22%-i isə xarici ölkələrə ixrac olunub.
"Neft emalı dərinliyi göstəricisi 91,5% səviyyəsində olub", - deyə D. Məmmədov bildirib.
Şərhlər