Qazaxıstanda neft istehsalında hədəf: 2031! - İDDİA
04.06.2015 12:40 Ecoreaksiya 1292
60 milyard ton neft ehtiyatının olduğu təxmin edilən Kaşaqan neft quyularında neft istehsalı ilan hekayəsinə çevrilib. Ekspertlər bildirirlər ki, bu ərazidə neft istehsalına başlanılması Qazaxıstanın hal - hazırda təxminən illik 80 milyon ton olan neft istehsalını təxminən 50 % artıracaq. Qazaxıstan Enerji naziri Vladimir Şkolnik, parlament iclasında verdiyi açıqlamada Qazaxıstanda ən yüksək səviyyədə neft istehsalının, 2031-ci ildə həyata keçiriləcəyini bildirib. Şkolnik qeyd edib ki, Kaşaqan neft yatağı və Tengizchevroil layihəsinin inkişaf etdirilməsini nəzərə alaraq, ölkədə ən yüksək səviyyədə neft istehsalının 2031-ci ildə həyata keçiriləcyini düşünürük. Neftin istehsal həcminin, illik 113 milyon ton olaraq reallaşdırılması nəzərdə tutulur. 2040-2050-ci illərdə isə neft istehsalında mərhələli bir azalma tətbiq olunacaq və istehsal əvvəl illik 91 milyon tona, daha sonra da illik 62 milyon tona kimi salınacaq. Ölkənin ən zəngin neft yatağı ilə bağlı məlumat verən Şkolnikin fikrincə son 30 ildə dünyada olan ən böyük neft ehtiyatı sayılan və Qazaxıstanın ən zəngin neft yataqlarının olduğu 50 milyard dollar xərciylə dünyanın ən bahalı neft yatağı ünvanını da özündə saxlayan Kaşaqan neft yatağında ilk neft fontan vurandan qısa müddət sonra təbii qaz sızması meydana gəlmişdi. Daha sonra bəzi boru xəttlərinin dəyişməsi və digər xırda problemlərin həlli vacib sayıldığından Kaşaqandaki neft istehsalı dayandırıldı. Son araşdırmalara görə Kaşaqan neft yatağında təxminən 60 milyard ton neft var.
Şərhlər