Stavropolda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu işə başladı
28.09.2017 12:20 Ecoreaksiya 1556
Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, o cümlədən ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.
Forumun birinci hissəsində sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə "dəyirmi masa"lar keçirilir.
Tədbir çərçivəsində forumun plenar iclası baş tutacaq və Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanacaq.
Həmçinin forum çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
Şərhlər