Nəhəng şirkətdə kütləvi ixtisarlar olacaq

31.07.2015 09:58     Ecoreaksiya     2896

Enerji nəhənglərindən “Royal Dutch Shell” neft qiymətlərindəki düşüşüə görə bu il ərzində 6 min 500 nəfəri işdən çıxarmağı qərara alıb.

Reaksiya.az xəbər verir ki, şirkətdə mediaya verilın açıqlamada, fəaliyyət xərclərini 4 milyard dollar azaldılmasını planladıqlarını və 2016-cı ildə xərclərə daha çox məhdudiyyətlər qoyulacağı ifadə edilib.

Açıqlamaya görə “Shell” investisiya qoyuluşunu bu il 20% salmağı planlaşdırır və gələcək il də 7 milyard dollara kimi məhdudlaşmalar aparılacaq.

Sirkət açıqlamasında keçən ilin aprel ayında 70 milyard dollar qarşılığında alacağını bildirən Birləşmiş Krallığın üçüncü böyük enerji şirkəti BG Qrupunun isə şirkət pul vəsaitlərinin hərəkətini inkişaf etdirəcəyini bildirb.

Şərhlər