2040-cı ildə Fransada neft-qaz hasilatı dayandırılacaq

11.10.2017 11:05     Ecoreaksiya     1711

2040-cı ildə Fransada neft-qaz hasilatı dayandırılacaq.

Azərtac “france24.com”a istinadla xəbər verir ki, bu barədə Fransa parlamentinin aşağı palatası qərar qəbul edib. Qərara əsasən, ölkədə neft və təbii qaz istehsalı 2040-cı ilə qədər dayandırılacaq. Həmçinin 2040-cı ildə ölkənin quru torpaqlarında və onun xaricdəki ərazilərində neft-qaz axtarışına dair icazələr verilməyəcək, mövcud icazələrin müddəti isə uzadılmayacaq.

Fransa neft istehlakının təxminən 1 faizi, yəni 815 min tonu quru torpaqlarında istehsal olunur. Hökumət 2040-cı ilə qədər dizel və benzin mühərriki ilə işləyən nəqliyyat vasitələrinin satışını dayandırmaq niyyətindədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar