Azərbaycan-ABŞ ticarət dövriyyəsi bu il 7% artıb
16.10.2017 10:46 Ecoreaksiya 1541
Bu ildə ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsində artım dinamikası müşahidə edilib. Bu il ticarət dövriyyəsi 7%-ə qədər artaraq 416 mln. dollara çatıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
S.Babayevin sözlərinə görə, iki ölkə arasında investisiya əlaqələri də genişlənib: "ABŞ şirkətlərinin Azərbaycana investisiyası 17 mlrd. dollara çatır. Azərbaycanın iş adamları da ABŞ-a investisiya yatırırlar. Xüsusən, Azərbaycan Dövlət Neft Fondunun ABŞ-dakı investisiyaları xüsusi həcmə malikdir".
Nazir müavini Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda 150-dən çox sahibkarın iştirak etdiyini deyib.
Şərhlər