Yaponiyanın “İsuzu” şirkəti Özbəkistanda zavod alıb

31.07.2015 18:43     Ecoreaksiya     2944

Yaponiyanın “İsuzu” şirkəti Səmərqənd avtomobil zavodunun hissələrini alıb. Yaponiyanın “İsuzu Motors” zavodunun əsas sahibi Uzavtosanoat (Uzavtoprom) anonim şirkətin 8% - lik səhmini alıb.

Reaksiya.az Trend.uz xəbər portalına istinadən xəbər verir ki, yapon şirkəti və “Uzavtoprom” şirkəti arasındakı müqavilə Özbəkistan baş nazirinin müavini və “Isuzu Motors” – un baş direktoru Takanobu Furuta tərəfindən imzalanıb.

Hər iki tərəf Səmərqənd avtomobil zavodunun daha uzunmüddətli inkişaf strategiyası ilə bağlı razılıq əldə ediblər və müqavilə imzalayıblar.

Şərhlər