ABŞ-ın gündəlik neft hasilatı artıb

23.11.2017 11:48     Ecoreaksiya     1862

ABŞ-ın sutkalıq neft hasilatı artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkənin xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 13 min barrel artaraq 9,66 milyon barrel olub. Beləliklə də, ABŞ-ın neft hasilatı ard-arda 5 həftə artıb.

EIA-nın proqnozuna görə, ölkənin sutkalıq xam neft istehsalı bu il orta hesabla 9,2 milyon barrel, gələn il isə 9,9 milyon barrel olacaq.

Analitiklərin fikrincə isə ABŞ-ın neft hasilatı bu ilin sonuna kimi gündəlik 9,7 milyon barrelə yüksələrək 1970-ci ildəki istehsal rekordunu yeniləyəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar