Türkiyənin turizm sektoru çökür? - Statistika
01.08.2015 10:56 Ecoreaksiya 1931
Türkiyəyə gələn ziyarətçilərin sayı ötən ilə nisbətən 2 faiz aşağı düşüb. Buna baxmayaraq, Türkiyənin turizm gəliri ilin ikinci rübündə 14 % azalaraq 7.7 milyard dollar olub.
Reaksiya.az xəbər verir ki, Türkiyə Statistika Qurumu, ilin ikinci rübünə dair turizm statistikalarını açıqlayıb. Bu rübdə edilən xərclərin 6 milyard dollarını şəxsi xərclər, 1.7 milyard dollarlıq hissəsini isə paket tur xərcləri təşkil edib. İkinci rübdə turistlərin xərci orta hesabla 691 dollar, mühacirlərin xərcləri isə 921 dollar təşkil edib. Bu isə adambaşına orta hesabla xərc 719 dollar deməkdir.
Ölkəni tərk edən ziyarətçi sayı 10 milyon 750 min nəfər olub. Bu isə ötən il ilə müqayisədə 2 faiz azalma deməkdir. Mədəniyyət və turizm nazirinin müavini Əbdürrəhman Arıcı xaricdə "Türkiyənin etibarlı ölkə olmadığına" dair məlumatların yayıldığı əməliyyatın aparıldığını bildirib.
Arıcı bildirib ki, "Turizm mövsümü 2015-ci ilə parlaq bir giriş edə bilmədi. Lakin mövcud mənzərə çox pis də deyil. Rusiyadakı iqtisadi böhran qədər Suriya, İraq və son günlərdə Türkiyədə baş verən terror hadisələrinin mənfi əks-səda hiss edirik. Mehmanxana qiymətləri aşağı salınıb. Qiymətlər düşüb, sektorun zərəri də buradan qaynaqlanır. Biz hotellərdəki qiymətlərin düşməsini istəmirdik. Çünki bu vəziyyət, qarşıdakı 5 il eyni qiymətlə getmək deməkdir. İnşallah ölkənin təhlükəsizliyinə dair olan fikirləri dağıdacağıq və ölkəmiz üzərindəki oyunu birlikdə həll edəcəyik”.
Ucuz olduğu üçün türklər Yunanıstana axın edib
Türkiyədə yaşayanların xarici ölkələrə olan səfərlərinin xərcləri də statistikada əks olunub. Xərclər ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 1.5 milyard dollara çatıb. Bunun 1 milyard 200 milyon dolları şəxsi, 300 milyon dolları paket tur xərclərindən yarandı. Sözügedən rübdə, xarici ölkəni ziyarət edən Türklərin sayı da keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb və 2 milyon 462 min olub. Adambaşı xərc orta hesabla 627 dollar olaraq hesablanıb. Səfərlərin böyük əksəriyyəti qiymətləri ucuz olan Yunanıstana olub.
Şərhlər