Kəlbiyev: “DSMF-nin vəsait toplaya bilməməsi büdcənin yükünü artıracaq”

14.12.2017 12:01     Ecoreaksiya     2402

Professor Yaşar Kəlbiyev deyir ki, DSMF-nin vəsait toplaya bilməməsi problem yaradacaq

DSMF cari ilin 6 ayı ərzində, əsasən, böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı məhkəmə iddiası qaldırıb. İddiaların 4-ü iri sığortaedənlərə qarşı (1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata, 228-i digər hüquqi şəxslərə, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Yaşar Kəlbiyev  deyir ki, böyük təşkilatlar tərəfindən DSMF-ə ödənişlərin edilməməsi insanların pensiya təminatına təsir edə bilər: 

“DSMF-nin vəsaiti toplaya bilməsi problem yaradacaq, bu da büdcənin yükünü artıra bilər. Fondun vəsaitini ödəmək məcburi xarakterlidir. Ödənişin edilib-edilməsinin yoxlanması üçün konkret formalar mövcuddur”.(sputnik)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar